Ordu hakimiyyəti devirdi

Ordu hakimiyyəti devirdi
  22 May 2014    Oxunub:998
Tayland hərbi qərargah rəisi Prayuth Chan-ocha hakimiyyəti ələ keçirdiklərini açıqlayıb.
AzVison.az xəbər verir ki, bunu ölkə televiziyasında açıqlamasında general Prayuth Chan-ocha bildirib.

Taylandda aylardır siyasi böhran davam edir. Bu böhran 2013-cü ilin noyabr ayında hökümətin əfv fərmanından sonra başlayıb.

2006-cı ildə hərbi çevriliş nəticəsində ölkədən qaçan baş nazir Taksin Şinavatra haqqında məhkumluq qərarının ortadan qaldırılması hakimiyyətlə müxalifət arasında narazılıq yaradıb. Daha sonra bu hadisələr böyük aksiyalara çevrilib.

Taylanda 1932-ci ildən indiyə kimi 18 hərbi çevriliş baş tutub. Sonuncu hərbi çevriliş isə 2006-cı ildə baş verib. Çevriliş nəticəsində baş nazir Taksin Şinavatra devrilib və Dubaya qaçıb.

Emin


Teqlər:  





Xəbər lenti