27 polis əsir götürülüb

27 polis əsir götürülüb
  22 May 2014    Oxunub:933
Əfqanıstanda 27 polis əməkdaşı “Taliban” yaraqlıları tərəfindən oğurlanıb.
AzVision.az-ın məlumatına görə, hadisə ölkənin şimal-şərqində baş verib.

Ölkənin daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, taliblərin hücumu zamanı polislər mağaradan gizlənib. Taliblər onların yerini müəyyənləşdirərək onları əsir götürüb. Onların axtarışlarına başlanılsa da, hələlik polisləri tapmaq mümkün olmayıb. Artıq taliblər hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanın paytaxtı Kabildə ölkənin ictimai işlər üzrə nazirinin müavini Əhməd Şah Vahid də yaraqlılar tərəfindən qaçırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti