Donetskdə vəziyyət gərginləşdi: 36 ölü

Donetskdə vəziyyət gərginləşdi: 36 ölü
  22 May 2014    Oxunub:983
Rusiya meylli qüvvələr Ukraynanın Donetsk vilayətində yerləşən blokposta hücum edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidentliyinə namizəd Renat Kuzminin seçki qərargahının yaydığı məlumatda bildirilir.

Donetsk vilayətinin sakinlərinin sözlərinə görə, separatçılar Olqinka və Uqledar vilayətlərində blokposta hücum ediblər. Belə ki, onlar avtomobillərlə blokposta gələrək burada Ukraynalı əsgərlərə atəş açıblar. İlkin məlumatlara görə, hadisə nəticəsində 30-36 Ukrayna hərbçisi ölüb, 30-dan çox insan isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti