80/20-dən 60/40-a: “Rusiya indi daha çox azərbaycanpərəstdir” – Sergey Markov

      80/20-dən 60/40-a:    “Rusiya indi daha çox azərbaycanpərəstdir” –    Sergey Markov
  27 Mart 2023    Oxunub:3050
“Son 10-15 ildə Rusiyanın 80 faizlik ermənipərəst, 20 faizlik azərbaycanpərəst mövqeyi xeyli dəyişib. İndi Moskva 40 faiz ermənipərəst, 60 faiz isə azərbaycanpərəstdir”.
Bunu AzVision.az -a rusiyalı ekspert, Siyasi Tədqiqatlar İnstitutunun rəhbəri Sergey Markov deyib. Onun sözlərinə görə, bu dəyişmənin bir neçə səbəbi var.
“Rusiyanın Qarabağdakı hadisələrə qarışmaq imkanları azalır” - Qriqori Trofimçuk (Müsahibə)

• Birincisi odur ki, Rusiya liderlər səviyyəsində Azərbaycan prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlər qurub.
• İkinci səbəb Rusiyanın Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərini inkişaf etdirməsidir.
• Üçüncü səbəb odur ki, Azərbaycan Rusiya üçün iqtisadi, demoqrafik, mədəni baxımdan Ermənistandan qat-qat önəmlidir.
• Dördüncüsü, Azərbaycanın multikulturalizm anlayışı rus milli müxtəlifliyinə və xalqlar dostluğuna Ermənistanın dar etnik monomillətçiliyindən daha yaxındır.
• Beşinci səbəb Azərbaycanın mövqeyinin haqlı olmasıdır. Rusiyanın müəyyən edib, nəticə çıxarmalı olduğu və kompromislə həll edə bilməyəcəyi əsas məsələ Qarabağdır. Rusiyanın nöqteyi-nəzərinə görə, Azərbaycanın haqlılığı ondadır ki, hüquqi baxımdan Qarabağ Azərbaycan ərazisidir.

“Rusiya və bütün beynəlxalq təşkilatlar bunu etiraf edir. Azərbaycanın təcavüzdən əziyyət çəkməsi böyük həqiqətdir. Münaqişəni etnik təmizləmə aparan ermənilər başlayıb. Ermənilər təkcə Qarabağı deyil, ona bitişik əraziləri də ələ keçirmişdilər. Onlar gələcəkdə mübadilə etmək üçün bu əraziləri onillər boyu xaraba vəziyyətdə saxlayıblar. Ona görə də Rusiyanın nəzərində ədalət Azərbaycanın tərəfindədir”, - S.Markov vurğulayıb.

Seymur Məmmədov
AzVision.az


Teqlər:   Rusiya  





Xəbər lenti