Marneulidə azərbaycanlı namizəd

Marneulidə azərbaycanlı namizəd
  23 May 2014    Oxunub:3209
Gürcüstanın “Vahid milli hərəkat” partiyasının rəhbərliyi gələn ay baş tutacaq bələdiyyə seçkilərlə əlaqədar Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda azərbaycanlılarla görüş keçirib.
Görüşdə partiyanın liderlərindən Gürcüstan parlamentinin sabiq sədri David Bakradze və Tbilisi şəhərinin sabiq meri Qiqi Uqulava iştirak ediblər. Onlar seçkilərdə Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə azərbaycanlı Əhməd İmanquliyevin namizədliyini irəli sürüblər.

Ə.İmanquliyevin rayonun problemlərini yaxşı bildiyini vurğulayan D.Bakradze deyib ki, o bu vəzifəyə seçildiyi halda həmin problemlərin yoluna qoyulması istiqamətində təsirli tədbirlər görüləcək.

Ə.İmanquliyev rayonda suvarma və içməli su probleminin, kəndarası və mərkəzi yolların əsaslı təmirə ehtiyacı olduğunu qeyd edirb. Seçicilərin onun namizədliyini dəstəklədikləri təqdirdə rayonun sosial-iqtisadi inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.


Teqlər:





Xəbər lenti