Merkel: Rusiya buna məcburdur

 Merkel: Rusiya buna məcburdur
  23 May 2014    Oxunub:963
Ukryanada seçkilər zamanı qarşıdurma təhlükəsi var.

Rusiya ATƏT-in Ukraynada prezident seçkiləri ilə bağlı elan edəcəyi nəticəni qəbul etməlidir, çünki özü də bu təşkilata daxildir. AzVision.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel Saarbrucker Zeitung qəzetinə müsahibəsində belə deyib.

“Rusiyanın mübahisəsiz filansız, ATƏT-in Ukraynada prezident seçkiləri ilə bağlı dəyərləndirməsini olduğu kimi qəbul edəcək. Axi, Rusiya özü də ATƏT üzvüdür. Bu baxımdan qəbul etməyə məcburdur.”

Merkelin sözlərinə görə, təşkilat fəaliyyəti dövründə ilk dəfə olaraq bir ölkəyə rekord sayda müşahidəçi göndərəcək. Bununla yanaşı, Merkel bildirib ki, Ukraynada seçkilərin demokratik keçməsi üçün ciddi tədbirlər görülüb.

“Ukraynanın azad seçim, istədiyini həyata keçirmək hüququ olmalıdır. Buraya həm də Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq hüququ da daxildir ”- deyə kansler əlavə edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri mayın 25-nə təyin olunub. Seçkiləri ATƏT-dən 1000 müşahidəçi izləyəcək.

Bu arada, prezidentlik uğrunda mübarizə aparan daha bir siyasətçi, öz namizədliyini geri götürüb. Bununla da namizədlərin sayı 17 olub.

Onu da qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi bir müddət əvvəl özlərini müstəqil elan etmiş Donetsk və Luqansk vilayətlərində səsvermə keçirilməsinin mümkünsüz olduğunu qəbul edib.

Donetsk Xalq Respublikası təkcə seçkilərdə iştirak etməkdən deyil, həm də onun nəticələrini tanımaqdan imtina edir. Luqansk Xalq Respublikası, prezident seçkilərinə qarşı güc tədbirlərinə əl atacağı ilə hədələyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti