Azərbaycanın təmsilçiləri Peterburq sammitində
Sessiyada hazırda qlobal informasiya şəbəkəsinin qarşılaşdığı əsas meyillər və çağırışlar müzakirə edilib. Müasir dünyada medianın rolu, hadisələrin obyektiv işıqlandırılması, informasiyanın dəqiqliyi, çağdaş jurnalistikada peşə etikasının əhəmiyyəti və başqa məsələlər diqqət mərkəzində olub.
Sessiya İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini, baş redaktor Mixail Qusman və Böyük Britaniyanın Press Association Agentliyinin Baş direktoru Klayv Marşalın moderatorluğu ilə keçib.
Çıxışlarda ilkin informasiyanın yayılmasında sosial medianın artmaqda olan rolu qeyd edilib. Məsələn, İTAR-TASS Agentliyinin baş direktoru qeyd edib ki, müasir dövrdə informasiyanın dəqiqliyi böyük əhəmiyyət kəsb edir. Buna görə də indi informasiya agentlikləri informasiyanın cəmiyyətə çatdırılmasında mühüm rol oynayırlar.