İstanbulda 6.7 ballıq zəlzələ - YENİLƏNİB (3)
İtki və dağıntılar haqqında heç bir məlumat yoxdur.
Amerika Geoloji Araşdırma Mərkəzi bildirib ki, zəlzələnin episentri Yunanıstanda olub. Episentrdə zəlzələnin gücü 7.2 bal imiş.
İstanbulda insanlar küçələrə axışıb, telefon şəbəkələri müəyyən müddətə sıradan çıxıb.
Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar .
Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Son məlumatlara görə, bir nəfər zəlzələdən həyəcan keçirərkən ürək tutmasından vəfat edib.
AzVision.az