Ərdoğan nümayişçini təpikləyən müşavirini qovdu
Onun yerinə kimin təyin ediləcəyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, Yusif Yerkel 2011-ci ildən baş nazirin müşaviri vəzifəsində çalışır. Xatırladaq ki, Türkiyənin Manisa vilayətindəki Soma mədənində baş vermiş qəzadan sonra hökumətə qarşı keçirilən aksiyalar zamanı baş nazirin müşaviri Yusif Yerkel yerə yıxılan nümayişçilərdən birini təpikləmişdi. Onun təpiklədiyi şəxs Somada mədəndə həlak olan işçilərdən birinin qohumu idi./anspress