Zəlzələdə 300 nəfər xəsarət alıb - YENİ

Zəlzələdə 300 nəfər xəsarət alıb  - YENİ
  25 May 2014    Oxunub:916
Türkiyədə baş verən gücülü zəlzələ zamanı xəsarət alanların sayı 300 nəfərə çatır.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda insanlar küçələrə axışıb, telefon şəbəkələri müəyyən müddətə sıradan çıxıb.

Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar .

Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Son məlumatlara görə, bir nəfər zəlzələdən həyəcan keçirərkən ürək tutmasından vəfat edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti