Ukrayna xalqı prezidentini seçə bilmir

Ukrayna xalqı prezidentini seçə bilmir
  25 May 2014    Oxunub:1242
Ukrayna Baş Prokurorluğu ölkədə prezident seçkilərini pozmaq cəhdlərinə görə cinayət icraatları açıb
Hazırda Ukrayna hüquq-mühafizə orqanları Donetsk və Luqansk vilayətlərinin ərazisində seçki prosesinə mane olmaq faktları üzrə 83 cinayət icraatını qeydiyyata alıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu (UBP) Baş İdarəsinin rəisi Nikolay Qoşovski mayın 24-də məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın cənubunda və şərqində fəaliyyət göstərən separatçılar və terrorçular regionda prezident seçkiləri prosesini pozmaq üçün bütün vasitələrə əl atırlar.
N.Qoşovski deyib: “Seçki məntəqələri zəbt olunur, seçki sənədləri məhv edilirlər. Server avadanlıqları zədələnir. Seçki komissiyalarının üzvlərinin oğurlanması halları da olub”.
UBP-də deyiblər: “Ukraynanın ərazi bütövlüyünə toxunulmazlığına qəsblər, separatizm təzahürləri, terror aktları, terrorçuluğun və separatçılığın maliyyələşdirilməsi faktları üzrə 612 cinayət icraatı açılıb.
N.Qoşovski deyib: “Həm çoxsaylı ekspert araşdırmaları üçün vaxt tələb olunması, həm də faktiki döyüş əməliyyatları gedən ərazilərdə bir sıra istintaq hərəkətləri aparılmasının zəruriliyi səbəbindən, göstərilən cinayət proseslərinin tədqiqatı xeyli mürəkkəbləşir”.

Xatırladaq ki, Donetsk və Luqansk vilayətlərində seçki dairələrinin yarısı işləmir.
Ukrayna Mərkəzi Seçki Komissiyası Donetsk vilayətində bütün dairə seçki komissiyalarının yerlərini dəyişdirib./Azərtac/


Teqlər:  





Xəbər lenti