Türk rejissor Kann Festivalının qalibi oldu - FOTO
25 May 2014
Oxunub:1539
Fransada açılışı olan 67-ci Kann Festivalının qalibi türkiyəli rejissor Nuri Bilgə Ceylanın `Qış yuxusu` filmi olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, festivalın əsas mükafatı – Qızıl Palma Budağı türk rejissora təqdim olunub. Türk rejissor mükafatını son 1 il ərzində həyatını itirən türk gənclərinə və Somada həyatını itirən mədən işçilərinə həsr etdiyini vurğulayıb.
Xatırladaq ki, festivalda 18 film yarışırdı və Bukmekerlər türk rejissorun qələbəsi ehtimalının çox yüksək olduğunu deyirdiər.