Rusiya Ermənistanda ikinci hərbi baza açır

Rusiya Ermənistanda ikinci hərbi baza açır
  25 May 2014    Oxunub:3979
Rusiya İrəvan yaxınlığındakı Erebuni aerodromunda vertolyot eskadrilyasından ibarət hərbi bazanın yerləşdirilməsi üçün Ermənistana müqavilə imzalamağı təklif edib.

Bu təklifi müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Seyran Ohanyanla mayın 23-də Moskvada aparılmış danışıqlarda irəli sürüb. Rusiya tərəfinin təklifinə görə, müqavilə bu ölkənin vertolyot eskadrilyasının uzunmüddətli əsasda Erebuni aerodromunda yerləşdirilməsini, habelə yeni bazanın fəaliyyət istiqamətlərini müəyyən etməlidir.

Rusiya hələ ötən ildən Erebuni aeroportunda öz vertolyot eskadrilyasını yerləşdirib. Lakin həmin qüvvələr Ermənistandakı 102-ci hərbi bazanın tərkibində idi. İndi isə Erebuni aerodromunda ayrıca Rusiya hərbi hava bazasının yaradılmasından söhbət gedir. Rusiyanın vertolyot eskdardilyası Mi-24P, Mi-8MT, Mi-8CMB tipli vertolyotlardan ibarət olacaq. Artıq aerodromda hər vertolyot üçün ayrıca meydança yaradılıb, yerüstü texniki vasitələr müəyyən edilib.

Ermənistan hökuməti Erebuni aerodromunda Rusiya hərbi bazasının yaradılmasına ilkin razılıq verib və tərəflərin yaxın vaxtlarda rəsmi müqavilə imzalaması gözlənilir. / Virtualaz.org


Teqlər:  





Xəbər lenti