`Rene Rüke Azərbaycandan üzr istəməlidir`

- Rene Rüke bu məsələni bir müddət öncə Parlament Assambleyasının iclasında da qaldırmış və Azərbaycan Xarici İşlər Nazirliyinı onun adını “qara siyahıya” daxil etməkdə suçlamışdı. O öz hərəkətinə görə nəinki üzr istəməmişdi, hətta Azərbaycanı suçlu çıxarmağa çalışmışdı. Həmin toplantıda Azərbaycan nümayəndə heyətinin üzvü kimi mən çıxış edirdim və o zaman bütün Assambleya üzvləri qarşısında Rene Rukeye, “Azərbaycanın yerinə Fransa olsaydı və mən sizin atdığınız addımları atsaydım Fransa Xarici İşlər Nazirliyi hansı addım atardı?” deyə sual etmişdim. O zaman da bildirmişdik ki, kimliyindən asılı olmayaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanunu səfər edən hər bir şəxs Azərbaycanda “qara siyahıya” düşəcək və hər kəs bunu ciddi diqqətə almalıdır. Amma təəssüf ki, Rene Ruke hətta Azərbaycandan bu addımına görə üzr belə istəməmişdi və bu günə qədər də üzr istəməyib. Biz heç bir zaman onun Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin yerinə yetirilməsinə çağıran, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən pozulan hüquqları barədə bir cümləsini belə eşitmədik, tam əksinə müxtəlif məsələlərdə Ermənistana dəstəyini isə çox şahidi olduq. Ona görə də Avropa Şurası Parlament Assambleyası bürosu Azərbaycanla bağlı bu qərarı verməzdən öncə, Assamleyanın üzvü, vitse-prezidenti Rene Rukenin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərinin nə qədər yanlış olması barədə açıqlamalar verib, ona bu yanlışını düzəltmək üçün ən azı ilkin addım olaraq peşmançılıq hissi keçirərək üzr istəməsinin vacibliyini bildirsələr və bu kimi hallara son qoyulması istiqamətində ciddi addımlar atsalar təşkilat üçün, onun bu günü və gələcəyi üçün daha önəmli olardı.
Teqlər: