Seçki komissiyasının üzvləri güllələnib

Seçki komissiyasının üzvləri güllələnib
  26 May 2014    Oxunub:1576
Separatçı `Luqansk Xalq Respublikası`nın təmsilçilərinin iddiasına görə, Ukrayna güc orqanlarının nümayəndələri seçki komissiyalarının üzvlərini güllələyiblər.

`RİA Novosti` xəbər verir ki, insident Novoaydar qəsəbəsində baş verib. Milli Qvardiyanın `Dnepr` adlı dəstəsi seçki məntəqəsini açmağa etiraz edən komissiya üzvlərini atəşə tutub. Nəticədə bir insan ölüb, biri isə ağır yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti