Saakaşvili Poroşenkonun məsləhətçisi olacaq

Saakaşvili Poroşenkonun məsləhətçisi olacaq
  26 May 2014    Oxunub:962
Mixeli Saakaşvili və Bendukidze Ukraynanın yeni seçilmiş prezidentinin məsləhətçisi ola bilərlər.
Gürcüstanın keçmiş prezidenti Mixeli Saakaşvili və keçmiş iqtisadiyyat naziri Kaxa Bendukidze, müşavir qismində Pyotr Poroşenkonun komandasına daxil ola bilərlər.

“Gürcüstan bizim üçün bir nümunədir. Mən bu mövzuda çoxları ilə müzakirələr aparmışam. Saakaşvili ilə danışmışam, o, öz xidmətlərini təklif edib. Bendukidze ilə də söhbətimiz olub, əminəm ki, hər ikisi Ukraynanın yeni seçilmiş prezidentinə köməklərini əsirgəməyəcəklər”- deyə “UDAR” partiyasının lideri, prezidentliyə keçmiş namizəd Vitaliy Kliçko bildirib.

Qeyd edək ki, bütün eqzit-polların nəticələrinə görə Kliçko Kiyev meri seçilib. Ümumxalq səsverməsinin nəticələrinə görə isə Ukrayanda prezident seçkilərində oliqarx Pyotr poroşenko qalib gəlib. Ona seçicilərin 55,9 faizi səs verib.

Xatırladaq ki, Poroşenko məşhur “Roşen” şokolad fabrikinin rəhbəridir. O, prezident seçiləcəyi təqdirdə bu vəzifəsindən istefa verəcəyini bildirmişdi.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti