Tonoyan müharibə ilə bağlı komissiyada dinləmələrə cəlb olunacaq |
"Bu arada eks-nazirin 20 noyabr 2020-ci il tarixindən etibarən nazirliyin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, əlavə olaraq o, 1 il 7 aydır ki, saxta yolla cəmiyyətdən təcrid olunub”,- saytlar yazıb.
Xatırladaq ki, bir müddət öncə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan keçmiş müdafiə naziri David Tonoyanın müharibə ilə bağlı araşdırmaları üçün İstintaq Komissiyasının iclasında iştirakı ilə bağlı cavab gözlədiyini bildirmişdi. Qeyd edək ki, məlum komissiya 2022-ci ilin yanvarında yaradılıb və müharibədə məğlubiyyətin səbəblərini öyrənmək üçün nəzərdə tutulub.
Tural Tağıyev
AzVision.az