Ukrayna MDB-dən çıxır

Ukrayna MDB-dən çıxır
  27 May 2014    Oxunub:1123
Kiyev, Müstəqil Dövlətlər Birliyinindən çıxma prosesinə start verdi.

Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etmək niyyətindədir. AzVision.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy Ali Radanın brifinqində belə deyib.

Onun sözlərinə görə, Ukraynanın Birliyin tərkibindən çıxması ilə bağlı qərar Milli Təhlükəsizlik Şurasının iclasında qəbul olunub.

“İclasda Ukraynanın təkcə MDB-də sədrliyinə son qoyulması ilə bağlı deyil, həm də Birlikdən çıxma prosesinin başlamasına da qərar verdik”- Parubiy deyib.

Ukrinform agentliyinin məlumatına görə, Ukrayna ordusu və Ukraynanın ərazi bütövlüyünə təminatçı-dövlətlərə birgə təlimlər keçirilməsinə də qərar verilib. Təlimlərin Ukrayna ərazisində həyata keçirilməsi nəzərdə tutulub. Parubiyin sözlərinə görə, məsələ ilə bağlı qarant-ölkələrə müraciət göndəriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktoru Yevqeniy Perebiynis də, Ukraynanın 2014-cü ildə MDB-yə sədrliyinə son qoyacağını açıqlamışdı.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti