Ohanyan təşvişə düşdü: “Azərbaycan yeni silahlar alır”

Ohanyan təşvişə düşdü: “Azərbaycan yeni silahlar alır”
  27 May 2014    Oxunub:1076
Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiyanın Azərbaycana silah satmasına münasibət bildirib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Müdafiə naziri vurğulayıb ki, Azərbaycan müntəzəm olaraq yeni silahlar alır, lakin ordunu silahların sayına görə qiymətləndirmirlər: “Bu silahları ilk növbədə mənimsəmək, onları müvafiq şəkildə saxlamaq və istifadə etmək etmək lazımdır. Yəni onları istifadə edəcək kadrlar olmalıdır. Ermənistan Müdafiə Nazirliyi və “Qarabağ” ordusu üçüncü tərəfin qüvvələri olmadan balansı saxlayırlar. Bu bizim hərbçilərin peşəkar hazırlıq və döyüş ruhunun hesabına təmin olunur”.

Nazir həmçinin Rusiyanın Azərbaycana silah satması məsələsinə də toxunub. O, bildirib ki, hər bir ölkə hərbi-texniki əməkdaşlığını öz plan və siyasətinə uyğun qurur: “Ermənistanın strateji tərəfdaşı olan Rusiya ilk növbədə bizimlə hərbi-texniki sahədə əməkdaşlığa diqqət ayırır. Lakin eyni zamanda Rusiya öz siyasətini yürütmək iqtidarına da malikdir. Müdafiə Nazirliyinin rəhbəri kimi mən buna müsbət yanaşa bilmərəm. Lakin mənim bunu tənqid etmək hüququm da yoxdur. Biz hər şeyə nəzarət edirik, bizim Rusiya ilə hərbi-texniki əməkdaşlığımız ən yüksək səviyyədədir”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti