Sarkisyan Qazaxıstana gedir

Sarkisyan Qazaxıstana gedir
  28 May 2014    Oxunub:729
Ermənistan prezidenti Serj Sarkisyan Qazaxıstana səfər edəcək.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Sarkisyan mayın 29-da Qazaxıstanın paytaxtı astana şəhərində Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Astana da keçiriləcək iclasda Rusiya, Qazaxıstan və Belarus liderləri – Vladimir Putin, Nursultan Nazarbəyov və Aleksandr Lukaşenko da iştirak edəcək. İclasda Avrasiya İqtisadi Birliyinin yaradılması barədə saziş də imzalanacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti