Sisi seçkilərdə qalib gəldi
İlkin məlumatlara əsasən, Sisi seçicilərin 90 faizindən çoxunun səsini toplaya bilib. Lakin bir çox siyasi qurum seçkiləri boykot etdiyindən seçici fəallığı 45 faizdən aşağı olub. Misirdə prezident seçkiləri iki gün ərzində keçirilməli idi. Lakin seçici fəallığı aşağı olduğundan seçkilərin müddəti bir gün uzadıldı.
Eldar Tanrıverdiyev
AzVision.az