Putin Avrasiya İqtisadi Birliyini qurmağa getdi - VİDEO

Putin Avrasiya İqtisadi Birliyini qurmağa getdi - VİDEO
  29 May 2014    Oxunub:847
Putin Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılması üzrə tarixi sənədləri imzalamaq üçün Astanaya yola düşüb.

AzVision.az xəbər verir ki, Avrasiya İqtisadi Birliyinin yaradılması gözlənilir. Bu münasibətlə Rusiya, Belarus, Qazaxıstan prezidentləri Astanada bir araya gələcəklər. Prezidentlər Ali Avrasiya İqtisadi Şurasının toplantısında Avrasiya İqtisadi Birliyinin yaradılması üzrə sənəd imzalayacaqlar. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin artıq Ali Avrasiya İqtisadi Şurasının toplantısına qatılmaq üçün Qazaxıstandadır.

Qeyd edək ki, yeni yaradılacaq bilik Avropa İttifaqı İqtisadi Birliyindən sonra ikinci ən böyük iqtisadi qurum olacaq və 170 milyon əhalisi olan bir məkanı əhatə edəcək.

Hazırlanması 3 ilə yaxın vaxt aparan sənədin 900 səhifəsində miqrasiya və gömrük məhdudiyyətlərinin aradan qaldırılmasını nəzərdə tutur. Vətəndaşlar, İttifaq daxilində özləri üçün istənilən yerdə yaşayış üçün yer seçə, işləyə, təhsil ala, iş adamları isə heç bir maneəsiz öz biznesləri ilə məşğul ola biləcəklər.

Belə hesab olunur ki, AİB-in yaradılması iştirakçı ölkələrin hər birininə azı 15 % gəlir gətirəcək. Sənəd imzalandıqdan sonra 2015-ci il, yanvarın 1-dən qüvvəyə minəcək. Tərəflər artıq indidən Avrasiya ittifaqının daha da genişləndirilməsi üzrə hazırlıqlar görürlər. Qırğızıstan və Ermənistan da quruma qoşulmaq niyyətində olduqlarını bəyan ediblər və hazırlıq işlərini davam etdirirlər. Qeyd edək ki, bugünkü toplantıda Ermənistan və Qırğızıstan prezidentlərinin də iştirakı gözlənilir.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti