Ukraynada hərbi vertolyot vuruldu - 14 ölü

Ukraynada hərbi vertolyot vuruldu - 14 ölü
  29 May 2014    Oxunub:980
Ukraynada separatçılar ölkə hərbçilərinə məxsus helikopteri vurub.
Azvision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Slavyansk şəhərində baş verib.

“Mİ-8” markalı helikopter separatçılar tərəfindən günorta saatlarında vurulub. Hadisə zamanı vertolyotun göyərtəsində ekipaj üzviləri ilə yanaşı Ukrayna ordusunun hərbçiləri də olub. Hazırda hadisə yerində Ukraynalı hərbçilərlə separatçılar arasında güclü atışma gedir.

Helikopterin vurulması xəbərini Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov parlamentdə çıxışı zamanı təsdiqləyib: “General Kulçiçlə birlikdə helikopterdə qəzasında 14 hərbçimiz ölüb”.

Bununla da, Ukraynada münaqişə başlayandan bəri Slavyansk şəhəri üzərində vurulan helikopterlərin sayı 3-ə çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti