Ukrayna Rusiyanı hədələdi: `Məhv edəcəyik!`

Ukrayna Rusiyanı hədələdi: `Məhv edəcəyik!`
  29 May 2014    Oxunub:950
“Rusiyanın maliyyələşdirdiyi və dəstək verdiyi bütün terrorçular məhv ediləcək”. Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov belə deyib.

O, bildirib ki, silahlı qüvvələr ölkənin şərqini separatçılardan azad edə biləcək: “Bütün günahkarlar cəzalanacaq. Mən əminəm ki, bizim hərbi qüvvələrimiz ölkəni terrorçulardan azad etmək işini uğurla davam etdirəcək. Bu gün Rusiyanın maliyyələşdirdiyi bütün cinayətkarlar məhv ediləcəklər və ya müttəhim kürsüsündə əyləşəcəklər”.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynada separatçılar milli qvardiyaya məxsus helikopteri vurublar. Nəticədə Ukrayna Ordusunun generalı Kulçitski də daxil olmaqla 14 hərbçi öldürülüb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti