Nazarbayev Ermənistana şərt qoydu

Nazarbayev Ermənistana şərt qoydu
  30 May 2014    Oxunub:1021
Qazaxıstan prezidenti Nursultan Nazarbəyov Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə sazişə onun BMT-də qəbul olunan dövlət sərhədləri çərçivəsində daxil olması bəndinin daxil edilməsini təklif edib.

AzVision.az Rusiya KİV-nə istinadən verdiyi xəbə görə, Qazaxıstan prezidentinin fikrincə, bu, Azərbaycanın maraqlarına toxunmamaq və Ermənistanın birliyə BMT-də qəbul olunan sərhədlər çərçivəsində daxil olduğunu göstərmək üçün vacibdir.

Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının Ermənistan və Qırğızıstan prezidentlərinin də iştirak etdiyi geniş tərkibli iclasında bildirib ki, bu məsələ iyun ayı ərzində müzakirə edilməlidir.

Nazarbəyov həmçinin əlavə edib ki, bütün prezidentlər Azərbaycanın dövlət başçısından bu məsələ ilə bağlı məktub alıblar. Məktubda deyilir ki, `...Avrasiya İttifaqına qoşulmaq barədə qərar BMT və Ümümdünya Ticarət Təşkilatı tərəfindən təsdiqlənən beynəlxalq sərhədlər daxilində baş tutmalıdır...`

`Bu, yarana biləcək sualları aradan qaldırar`,- deyə Nazarbayev vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti