Türkiyə yeni “SSRİ”-yə qoşula bilər

Türkiyə yeni “SSRİ”-yə qoşula bilər
  30 May 2014    Oxunub:1018
Avrasiya İttifaqı genişlənir.
AzVision.az xəbər verir ki, Avrasiyaya İnteqrasiya İnstitunun prezidenti Janarqul Kusmanqaliyeva 40-a yaxın ölkənin Avrasiya İttifaqına qoşulmağa hazır olduğunu bildirib.

O vurğulayıb ki, həmin ölkələr arasında Türkiyə, Hindistan, Vyetnam və Yeni zenlandiya da var.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Avropa Birliyinin alternativi kimi qiymətləndirdiyi Avrasiya İttifaqının ilk addımları ötən gün atıldı. Qazaxıstanın paytaxtı Astanada baş tutan imzalama mərasimində Rusiya, Belarusiya və Qazaxısran 2015-ci il yanvarın 1-də reallaşması planlaşdırılan birliyin təməlini qoydu.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti