ATƏT-in xüsusi nümayəndəsi postunu tərk edir

ATƏT-in xüsusi nümayəndəsi postunu tərk edir
  31 May 2014    Oxunub:974
ATƏT-in Ukraynada milli dialoq üzrə xüsusi nümayəndəsi Volfqanq İşinqer postunu tərk edir.
ATƏT sədrinin katibliyinin nümayəndəsi Roland Bless belə deyib. Onun sözlərinə görə, V. İşinqer həddən ziyadə məşğul olduğu üçün postunu tərk etməyə qərar verib.

Qeyd edək ki, İşinqerin səlahiyyəti mayın 25-də bitib. Məhz məşğulluq səbəbindən o, mandatını uzatmaq fikrindən dönüb.

Xatırladaq ki, İşinqer öz fəaliyyətinə mayın əvvəlində başlamışdı. Onun iştirakı ilə Kiyev, Xarkov və Nikolayevdə üç “dəyirmi masa” keçirilib . Ukraynanın cənubi-şərqində özünü müstəqil elan etmiş Donetsk və Luqansk Xalq Respublikaları görüşlərdə iştirakdan imtina ediblər.

AzVision.az





Teqlər:  





Xəbər lenti