Rusiya Ermənistana 300 milyon verəcək

Rusiya Ermənistana 300 milyon verəcək
  31 May 2014    Oxunub:1062
Ermənistanın baş naziri AES – in rekonstruksiyası üçün pul tapa bildi.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, `Metsamor`Atom Elektrik Stansiyasının bərpası üçün Rusiya Ermənistana 300 milyon dollar kredit ayırıb.

Bu bardə Ermənistanın baş naziri Ovik Abramyan, Minskdə, MDB ölkələrinin baş nazirlərinin toplantısı çərçivəsində keçirilən mətbuat konfransında məlumat verib.

Abramyanın sözlərinə görə, bu barədə razılaşma rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşü zamanı əldə edilib.

Bundan başqa, erməni nazir Rusiya ilə Ermənistan arasında hərbi-texniki sahədə birgə əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan və Türkiyə dəfələrlə “Metsamor” AES-in region üçün təhlükə doğurduğu və istismara yararsız olması barədə beynəlxalq təşkilatlar qarşısında öz narahatlığını bildirib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti