Ərdoğan və Putin Ukraynanı müzakirə etdi

Ərdoğan və Putin Ukraynanı müzakirə etdi
  31 May 2014    Oxunub:959
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladamir Putin arasında telefon söhbəti olub. Tərəflər əsasən Ukrayna və Krımı müzakirə ediblər.
Rəcəb Tayyip Ərdoğan Ukraynadakı böhranın həll edilməməsinin bölgəyə mənfi təsir etdiyini deyib. Ərdoğan, Krım tatarlarının ruslar və ukraynalılarla birgə sülh şəraitində yaşamaları üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə Kiyev hökumətinin Ukraynanın şərqində həyata keçirdiyi hərbi əməliyyatlardan narahatlığını ifadə edib. Buna baxmayaraq Ukrayna rəhbərliyi ilə dialoqa ümid etdiyini bildirib.

Sonda Putinlə Ərdoğa Ukrayna məsələsi ilə bağlı müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.

Qeyd edək ki, telefon söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti