`Sarkisyan Astanadan çox kədərli qayıtdı` - erməni deputat
Sabiq millət vəkili hesab edir ki, S.Sərkisyan Ermənistan və Dağlıq Qarabağ arasında sərhəd məsələsi qaldırılanda etiraz etməli idi. Lakin o, vaxtı uzatmaqdan başqa heç nə etmədi.
Xatırladaq ki, Astanada baş tutan toplantıda yeni Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı sənədi 3 ölkə - Rusiya, Belarus və Qazaxıstan imzalayıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda deyib: "Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir. Biz bunu bu gün həll etməyək, sadəcə müzakirə üçün deyirəm. Biz bütün sualları bağlamalıyıq ki, biz necə edirik. Razıyıq, elədirmi? Onda birinci məsələ üzrə qərar var" (ANS).
Teqlər: