Moskvada antiterror əməliyyatı rejimi tətbiq edildi |
“Vaqner” rəhbəri Yevgeni Priqojin: "Bir daha deyirəm. Şoyqunu (Rusiyanın müdafiə naziri Sergey Şoyqu) və Baş Qərargah rəisini burada istəyirik. Onlar gələnə qədər biz burada olacağıq. Biz Rostovu bloka edib, Moskvaya gedəcəyik".
"Telegram" kanalında paylaşdığı digər videoda Priqojin "Qərargahdayıq. Rostovdakı hərbi obyektlər, o cümlədən hərbi hava limanı da bizim nəzarətimizdədir. Qərargah fəaliyyət göstərir", deyib. O, Baş qərargah rəisinin qərargahdan qaçdığını iddia edib.
AzVision.az