ABŞ-dan Azərbaycana Qarabağ çağırışı

  02 İyun 2014    Oxunub : 425
ABŞ-dan Azərbaycana Qarabağ çağırışı
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqlar masasında səylərini artırmağa çağırır.
Bunu Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib.

C.Psaki bildirib ki, tərəflər əsas diqqəti sülhün regionda insanlara bəxş edə biləcəyi faydalara yönəltməlidirlər.

Departament sözçüsü qeyd edib: "Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək etməyə sadiq qalırıq".

C.Psakinin sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatlarda da bildirilib ki, münaqişənin uzunmüddətli həlli BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərinə, xüsusilə də güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsində bərabər hüquqlara əsaslanmalıdır.(Trend)

Teqlər: