Rusiya BMT TŞ sədri oldu

Rusiya BMT TŞ sədri oldu
  02 İyun 2014    Oxunub:965
Rusiya iyunun 1-dən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına sədrliyinin icrasına başlayıb.
BMT TŞ-nin 5 daimi üzvündən biri olan Rusiyanın qurumdakı nümayəndəsi Vitaliy Çurkin ölkəsinin sədrliyi dövründə fəaliyyət planı baradə məlumat verib. O, Yaxın Şərq, Afrika və Əfqanıstanda baş verən hadisələrin Şuranın gündəliyinə salınacağını açıqlayıb. Xüsusilə də Yaxın Şərqdəki vəziyyəti məsələsini diqqətdə saxlayacaqlarını deyən Çurkin, Yəmən, Liviya, Suriya böhranı və bu ölkələrdəki vəziyyətin sabitləşməsi yollarını müzakirə ediləcəyini vurğulayıb. Bundan başqa Çurikin, Rusiyanın dünya dövlətləri ilə birlikdə ümumi razılığı təmin etməklə qlobal problemlərin həllinə yardımçı olacağına ümid etdiyini bildirib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti