Ermənistan Avrasiya İttifaqına Qarabağsız gedəcək

Ermənistan Avrasiya İttifaqına Qarabağsız gedəcək
  02 İyun 2014    Oxunub:1015
Karen Çşmarityan: Ermənistanla “Dağlıq Qarabağ” arasında gömrük məntəqəsi olmayacaq.


AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan ölkəsinin Azərbaycan qarşısında acizliyini etiraf edib. Ermənistan parlamentində jurnalistlərin “Ermənistanın Avraisya İttifaqına Qarabağsız qoşulması Yerevanı narahat etmirmi ” sualına K. Çşmarityan elə sualla da cavab verib.

“Məgər, biz hansısa beynəlxalq təşkilata Qarabağla birgə qoşulmuşuq? Nə vaxt belə olub ki?! Nə MDB-yə, nə Ümumdünya Ticarət Təşkilatına, nə də bir başqasına Qarabağla birgə qoşulmamışıq. Biz istəsək də bu mümkün deyil, imkan verməzlər” - erməni nazir deyib.

Bununla yanaşı Karen Çşmarityan, “Ermənistanla “Dağlıq Qarabağ” arasında gömrük məntəqəsi olmayacağını da açıqlayıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti