Poroşenko iyunun 7-i and içə bilər

Poroşenko iyunun 7-i and içə bilər
  02 İyun 2014    Oxunub:1099
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov Pyotr Poroşenkonun inauqurasiya mərasiminin iyunun 7-də keçirilməsini təklif edib.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

“Yeni seçilən prezidentlə razılığa əsasən mən parlamentə inauqurasiya mərasiminin iyunun 7-də keçirilməsini təklif edəcəm”, - deyə Turçinov bildirib.

O, vurğulayıb ki, şənbə günü inauqurasiya mərasiminin keçirilməsi Pyotr Poroşenkonun beynəlxalq görüşlər keçiriməsi ilə əlaqədardır. Eyni zamanda o, bildirib ki, bu tarixin dəyişdirilməsi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti