Rusiya AŞPA-dan imtina etdi

Rusiya AŞPA-dan imtina etdi
  03 İyun 2014    Oxunub:962
Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Aleksey Puşkov bəyan edib ki, Rusiya nümayəndəsi Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) iyun sessiyasında iştirak etməyəcək.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən bildirir.

“Sanksiyalar bizim nümayəndə heyətinə qarşı davam etdikcə biz müvəqqəti olaraq Assambleya ilə əməkdaşlığımız müvəqqəti olaraq dayandırmışıq”. –deyə, Puşkov bildirib. Onun sözlərinə görə, bu barədə Dövlət Dumasının sədri Sergey Narışkin Moskvaya səfəri zamanı AŞPA-nın prezident komitəsinin üzvü Toni Koksun Moskvaya səfəri zamanı məlumatlandırıb. Puşkov həmçinin əlavə edib ki, artıq bununla bağlı Narışkin bir neçə gün əvvəl də AŞPA sədri Anna Brasserədə müvafiq məktub göndərib.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti