Uorlik Qarabağ çağırışını dəstəklədi

Uorlik Qarabağ çağırışını dəstəklədi
  03 İyun 2014    Oxunub:881
“ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarına çağırışını dəstəkləyirik”
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində bildirib.

"Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Dağlıq Qarabağ münaqişəsi üzrə strukturlaşdırılmış sülh danışıqlarına çağırışını dəstəkləyirik".

Qeyd edək ki, iyunun 2-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Prezidenti və XİN rəhbəri Didye Burkhalter Azərbaycana səfər edib. Hazırda Burkhalter Gürcüstanda səfərdədir. Onun iyunun 4-də Ermənistana səfəri başlayacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti