“Asayiş yüksək səviyyədə qorunacaq” – Özbəkistan DİN

  “Asayiş yüksək səviyyədə qorunacaq” –   Özbəkistan DİN
  08 İyul 2023    Oxunub:1832
“Seçki günü asayişin və təhlükəsizliyin təmin olunmasına daxili işlər orqanlarının 31 min əməkdaşı cəlb olunacaq”. Bu haqda xarici media nümayəndələri üçün keçirdiyi brifinqdə Özbəkistanın daxili işlər nazirinin müavini, general-mayor Bekmurod Abdullayev məlumat verib.
O bildirib ki, seçki günü ölkənin bütün bölgələrində təhlükəsizliyin təmin edilməsi üçün əvvəlcədən tədbirlər planı hazırlanıb. Digər güc orqanlarının da iştirakı ilə situasiya mərkəzi yaradılıb. Bundan başqa, DİN-in regional idarələrində xüsusi seçki qərargahları təşkil olunub.
Azay Quliyev Özbəkistan parlamentinin spikeri ilə görüşüb

Seçki məntəqələrinin hamısının təhlükəsizliyini yüksək səviyyədə təmin olunduğunu deyən general-mayor bildirib ki, kameralar qurulub, yanğın əleyhinə tədbirlər görülüb, ətrafda parkinqlər yaradılıb. Bu istiqamətdə yerlərdə 825 görüş keçirilib.

“Bülletenlər vaxtında məntəqələrə çatdırılıb və hazırda xüsusi mühafizə altında saxlanılır”,- deyə daxili işlər nazirinin müavini vurğulayıb.

Özbəkistan seçkiyə hazırdır – MSK sədri detalları açıqladı
Özbəkistan: Növbədənkənar seçki nə vəd edir – TƏHLİL

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Özbəkistan   Seçki  





Xəbər lenti