Polşa NATO hərbçilərini sayını artıracaq

Polşa NATO hərbçilərini sayını artıracaq
  03 İyun 2014    Oxunub:835
Polşada ABŞ və Avropadan olan NATO əsgərlərinin sayı artırılmalıdır.
AzVision.az-ın məlumatına görə, bu barədə Polşa XİN-in rəhbəri Radoslav Sikorskiy “CNN” telekanalına müsahibəsində bildirib.

“Biz ölkədəki NATO kontingentinin sayının artırılmasına şad olarıq”. – deyə Sikorskiy bildirib. Nazir vurğulayıb ki, Şimali Atlantik alyansa daxil olan ölkələr arasında təhlükəsizlik səviyyəsi bərabər olmalıdır.

“Hazırda ölkədə soyuq müharibə dövründən miras qalan NATO bazaları var. Onlar SSRİ-i ilə qarşıdurma zamanı faydalı idi”, – deyə Sikorskiy bildirib.

Qeyd edək ki, daha əvvəl Ukraynadakı böhran fonunda NATO Polşaya 150 Amerika əsgəri göndərib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:





Xəbər lenti