Ukraynada gərginlik: Slavyanska hücum yenidən başladı- VİDEO

Ukraynada gərginlik: Slavyanska hücum yenidən başladı- VİDEO
  03 İyun 2014    Oxunub:977
Ukrayna Hökumət qüvvələri ölkənin cənub-şərqində həyata keçirdikləri “anti-terror” əməliyyatları çərçivəsində Slavyansk şəhərinə hücumu bərpa ediblər. Şəhər havadan və qumbaraatanlardan atəşə tutulur. Hücum nəticəsində bir federallaşma tərəfdarı ölüb, beşi yaralanıb. Ölü sayının artacağı istisna olunmur. Şəhər üzərinə əlavə tanklar və BTR-lər göndərilir.
Rus mətbuatının məlumatına görə Slavyanska hücum 3 iyun, səhər saat 5-də bərpa edilib.
Yaşayış məntəqələrində də döyüşlər gedir. Şəhərin boşaldılıb, xəstəxanalardan başqa bütün iş yerləri, mağazalar bağlanıb. Ara-sıra pulemyot səsləri də eşidilir. İnsanlar yeraltı zirzəmilərdə gizləniblər.

Bir müddət əvvəl, mətbuat konfransında Slavyanskın “xalq meri” şəhərdə hələ 7 min uşağın qaldığını bildirmişdi. Onun sözlərinə görə, şəhər əhalisinin 40 faizi yaşadıqları yerləri tərk ediblər.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti