Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
  03 İyun 2014    Oxunub:852
Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 4-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti