Separatçılar Luqanskda 2 hərbi hissəni ələ keçirdi - VİDEO

Separatçılar Luqanskda 2 hərbi hissəni ələ keçirdi - VİDEO
  05 İyun 2014    Oxunub:915
Ukraynanın Luqansk şəhərində rusiyayönümlü üsyançılar iki gün ərzində mühasirədə saxladıqları sərhəd-mühafizə xidmətinin iki bazasını ələ keçiriblər.
Üsyançıların oradan çoxlu sayda silah-sursat və partlayıcı maddə müsadirə etdikləri açıqlanıb. Baş verən silahlı toqquşmalar zamanı 6 silahlı və 3 ukraynalı hərbçi həlak olub.

Referendum yolu ilə müstəqilliyini elan etmiş qondarma Luqansk respublikasının rəsmisi ələ keçirilən bazada olan sərhədçilərə ərazini tərk etməyə möhlət veriblər.

Son iki gün ərzində Ukraynanın şərqində antiterror əməliyyatı gücləndirilib. Bəzi məlumatlara görə, toqquşmalar zamanı 300-dən çox üsyançı öldürülüb. Bu gün isə Ukrayna Ali Radasının sədri Aleksandr Turçinovun regiona səfəri gözlənilir.(Ans)




Teqlər:





Xəbər lenti