"Mən bu barədə artıq açıq şəkildə fikirlər ifadə etmişəm. Biz səfərbərlik resurslarını nə silah, nə hərbi texnika, nə də digər avadanlıqlarla heç vaxt tam təmin edə bilməmişik. İki dəfə - həm 2018-ci, həm də 2019-cu ildə tədbirlər proqramımızda əlavə ştata ehtiyac olduğunu vurğulamışıq", - hərbi cani qeyd edib.
Tonoyan "müharibə komissiyası" ilə əməkdaşlıqdan imtina etdi |
Əsas strategiya kimi total müharibənin aparılması, dərinliklərdə operativ və strateji hərəkətlərin mümkünlüyü nəzərdən keçirilib. Bütün bunlar isə ölkədə yüksək doğum nisbətinin gözlənməsinə də hesablanıbmış. Bu konsepsiya Ermənistan Silahlı Qüvvələrinə daxil edilib. Lakin belə yanaşma real olmayıb və hərbi fəaliyyətlər də bunu göstərdi.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Bundan əvvəl komissiyaya keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş və indiki rəisləri Onik Qasparyanla Edvard Asryan və digər yüksək rütbəli məmurlar dəvət olunublar.
Tural Tağıyev
AzVision.az