Qırıcı təyyarə qəzaya uğradı

Qırıcı təyyarə qəzaya uğradı
  05 İyun 2014    Oxunub:744
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Kaliforniya ştatının cənubunda qəzaya uğrayıb.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində heç kim xəsarət alıb.

Hadisə yerli Bakı vaxtılə 04:20 radələrində baş verib. “Harrier AV-8B” markalı qırıcı təyyarə İmperial şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində iki ev yanıb. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti