G7 Rusiyanı hədələdi

G7 Rusiyanı hədələdi
  05 İyun 2014    Oxunub:798
Rusiyaya əlavə sanksiyalar tətbiq olunacaq.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, G7 sammitinin iştirakçıları Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə zidd addımlar atan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların genişləndirilməsinə davam edəcək.

“Biz BMT-nin qərarına uyğun olaraq Krım və Sevastopolun Rusiyayanın bir hissəsi kimi tanımırıq və əvvəlki kimi məqsədyönlü sanksiyalarımızı davam etdirəcək, Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər həyata keçirəcəyik”-deyə G7-nin birgə kommunikesində bildirilir .

“Yeddilik” ölkələri Krımın ilhaqını qeyri qanuni, Ukraynanın Şərqindəki gərginliyi isə qəbulolunmaz adlandıraraq Rusiyanı Ukrayna ilə bağlı yürütdüyü siyasətdən əl çəkməyə çağırıblar.

G7 liderləri, həmçinin Moskvadan Ukraynadakı seçkilərin nəticələrini tanımağı və qoşunlarını Ukrayna sərhədindən çəkməyi, o cümlədən separatçılara silahı yerə qoymaları üçün təzyiq göstərməyi tələb ediblər.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti