`Erməni siyasətçiləri hələ özlərinə gələ bilmirlər` - erməni deputat

`Erməni siyasətçiləri hələ özlərinə gələ bilmirlər` - erməni deputat
  05 İyun 2014    Oxunub:1057
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avrasiya İttifaqının Astanada keçirilən iclasında səsləndirdiyi bəyanatdan sonra erməni siyasətçiləri hələ də özünə gələ bilmir. Bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində Ermənistanın sabiq baş naziri, Erməni Milli Konqresi partiyasının deputatı Qrant Baqratyan status yazıb.

Baqratyanın fikrincə, Ermənistanda analiz edilmədən və məsələnin məğzinə varmadan prezident, parlament spikeri və vitse-spiker səviyyəsində bəyanatlar verilir ki, bu da “Dağlıq Qarabağ Respublikası”na baha başa gələcək.

Ermənistanın Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ruben Meqrabyan isə acığından Nazarbayevi “Korrupsiyaya bulaşan kommunizm qalığı” adlandırır və bildirir ki, o, `Ermənistana nəyi necə edəcəyini göstərmək hüququna malik deyil`. Onun sözlərinə görə, Nazarbayevin bəyanatı ermənilərin milli maraqlarına zərbə vursa da, cavabsız qaldı. Gənc “Respublikaçı”ların məsələ ilə bağlı sonrakı şərhləri isə “toydan sonra nağarını” xatırladır.

Meqrabyan bildirib ki, adekvat cavabı Nazarbayevin çıxışından dərhal sonra prezident tərəfindən verilməli idi.

O, həmçinin bildirib ki, Nazarbayevin bəyanatı yalnız Serj Sarkisyan üçün gözlənilməz olub. Rusiya və Ermənistan prezidentləri isə Qazaxıstan prezidenti tərəfindən irəli sürülən bu təşəbbüsü tamamilə dəstəkləyiblər. “Başqa sözlə, Avrasiya İttifaqının hər üç üzvü Azərbaycan tərəfinə daha çox şey vəd verir”, - deyə Meqrabyan bildirib.

Ekspert əmindir ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqına üzv etmək üçün Ermənistan və Qarabağdan alət kimi istifadə edir. Bu faktın sübutu kimi o, Rusiyanın iqtisadi inkişaf nazirinin Azərbaycana ittifaqa üzv olmaq üçün səsləndirdiyi dəvəti xatırladıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti