Prezidentin kürəkəni həbs edildi

Prezidentin kürəkəni həbs edildi
  06 İyun 2014    Oxunub:1450
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insan oğurluğunda ittiham olunan keçmiş kürəkəni Rahat Əliyev Vyanada həbs olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun həbsi üçün order hələ mayın 19-da verilmişdi.

Rahat Əliyevin nümayəndəsi Manfred Aynedter Avstriya mətbuatına bildirib ki, keçmiş diplomat hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə qərar verərək özü, könüllü olaraq, polisə təslim olub.

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ildə vətənində hakimiyyəti ələ keçirməkdə və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu yaratmaqda ittiham olunaraq 40 il qiyabi həbs cəzasına məhkum edilib. 2011-ci ilin iyununda Vyana məhkəməsi R.Əliyevi ekstradisiya etməkdən imtina edib.

Qazaxıstan Prokurorluğu həmçinin Rahat Əliyevin 2006-cı ildə müxalifətçi Altınbek Sarsenbaevin qətli ilə əlaqəli olduğunu güman edir.


Teqlər:





Xəbər lenti