Uorlik: “Biz onun fikirləri ilə razıyıq”

Uorlik: “Biz onun fikirləri ilə razıyıq”
  06 İyun 2014    Oxunub:919
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Qarabağ münaqişəsinin həlli ilə bağlı çağırışları ilə razı olduqlarını bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə amerikalı həmsədr “Twitter” səhifəsində yazıb.

“Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sülh və etimadın qurulması çağırışı ilə razıyıq”,- deyə Uorlik qeyd edib.

Xatırladaq ki, ATƏT-in sədri, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter iyunun 2-4-də Cənubi Qafqaz regionunda səfərdə olub. Azərbaycanda rəsmi görüşlər keçirən ATƏT sədri, daha sonra Ermənistan və Gürcüstana səfər edib.

Bakıda Azərbaycan prezidenti ilə görüşdən sonra mətbuat üçün bəyanat verən Didye Burkhalter bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli vaxt tələb edir.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti