`Ukraynada böhran 3 aya həll olunacaq`

`Ukraynada böhran 3 aya həll olunacaq`
  06 İyun 2014    Oxunub:973
Ukraynanın yeni prezidenti ölkənin böhrandan xilas etmək üçün blitskriq strategiyası həyata keçirməyi planlaşdırır.
Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun ətrafında olanlar onun ölkədəki böhranı 3 aya aradan qaldıracağına söz verdiyini deyirlər.
Poroşenko, İyunun 7-də keçiriləcək andiçmə mərasimindən sonra Ukraynada situasiyanın normallaşması üçün sülh planı təqdim etmək və həbs olunmuş separatçıları əfv etmək niyyətindədir.

Etibarlı mənbələrdən verilən məlumata görə, rəsmən fəaliyyətə başlayandan sonra Poroşenko ilk səfərini separatçılarla qarşıdurmaların mərkəzi olan Donbasa edəcək.

Məlumata görə, Poroşenkonun “həll” planı 3 hissədən ibarətdir: ölkədaxili dialoq, Cenevrə formatında beynəlxalq dialoq və Rusiya ilə danışıqlar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti