“Qarabağda siyasi atmosfer qeyri-sabitdir. Ötən həftənin əvvəlində Xankəndidə keçirilən qapalı iclasda Arayik Arutyunyanın istefaya getmək niyyəti barədə yazmışdıq. Həmin vaxt bunun qarşısı nüfuzlu şəxslər, keçmiş "prezidentlər" tərəfindən alınmışdı. Həftə sonu isə Ruben Vardanyan faktiki olaraq bizim yaydığımız xəbəri təsdiqlədi. Lakin indi belə bir məlumat əldə etmişik ki, istefa mövzusu hələ də bağlanmayıb. Arayik Arutyunyanın dostu Karen Matevosyanın başçılıq etdiyi bir qrup polis "parlament"ə soxularaq bununla bağlı David İşxanyandan hesab tələb etməyə çalışıb", - nəşr yazıb.
Hraparak: "Babayan ermənilərin Kadırovu olmaq istəyir" |
"Arayik həmçinin dostuna gileylənib ki, heç kimin onun tərəfində dayanmayıb, hamı Xankəndi "rəhbərini" günahlandırıb. Ona görə də Arutyunyan vəzifədən öz xoşuna getmək qərarına gəlib. Bu səbəbdən Matevosyan bir qrup polisi başına toplayaraq öz "prezidentini" qorumaq üçün parlamentə soxulub və "deputatlar"ı Arutyunyanı dəstəkləməyə çağırıb. Dünən isə o canlı efirdə yerli ermənilərə deyib ki, öz milis qrupları ilə birlikdə dövlət idarəçiliyinin təşkili və parlament seçkilərinin keçirilməsini öz üzərinə götürür. Üstəlik, o, Qarabağdakı vəziyyətə görə hamını, o cümlədən keçmiş "prezidentləri" günahlandırıb və az qala hədələyib ki, əgər kimlərsə onunula razılaşmasa, həmin şəxslərlə məşğul olacaqlar", - müəllif yazıb.
Məqalədə həmçinin qeyd edilir ki, "Qarabağdakı mənbələrimiz Matevosyanın Ermənistandan göndərildiyinə şübhə etmirlər. Hazırda Xankəndidə xaos və anarxiyanın hökm sürməsi Paşinyana da sərf edir və Matevosyan ən azı fors-major şəraitdə "hakimiyyəti" Samvel Babayana ötürmək üçün aktivləşib. Mənbəmiz bildirir ki, Matevosyanla Babayan yaxınlığı ilə seçilir”.
İrəvan meriyasının İnformasiya Departamentinin keçmiş rəhbəri Levon Sardaryan da mövzu ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, "Mamul"a açıqlamasında deyib ki, “Qarabağda qəribə hadisələr baş verir. Bunlar daxili münaqişə və toqquşmalara səbəb ola biləcək hadisələrdir. Yəni silahlı toqquşmalar ola bilər! Əgər bu baş versə o zaman nə edəcəksiniz? Ağlınızı başınıza yığın və bunun qarşısını almaq üçün hərəkətə keçin".
“Razminfo” saytının rəhbərlərindən olan Karen Vrtanesyan isə mövzu ilə bağlı daha sərt danışıb. O qeyd edib ki, “Hazırda Arayikin Qarabağda etdikləri dövlət çevrilişunə cəhddir".
Vrtanesyan da iddia edib ki, Arayik və ətrafı Qarabağın qondarma "parlamentini" buraxmağa çalışır: "Arutyunyan bu gün Qarabağın "övladı" sayılmır, satqın və qardaş qatili olan Məlik Şahnazaryan olmağı üstün tutur. O, Xankəndidə "dövlətçiliyi" məhv etməyə çalışır. Onu da xatırladım ki, "parlamentin" buraxılması Azərbaycanın tələbidir".
Tural Tağıyev
AzVision.az